"Hatayspor” klubunun yenicə təmir olunmuş stadionunun açılış mərasimi ilə əlaqədar martın 27-də yerli komanda ilə "Fənərbağça” arasında yoldaşlıq matçının keçirilməsi nəzərdə tutulmuşdu. Lakin sözügedən qarşılaşma ləğv olunub.
Fanat.Az xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.
Klubun yaydığı bəyanatda qeyd olunub ki, həm İstanbul klubunda son günlərdə 5 futbolçunun koronavirusa yoluxması, həm də bütövlükdə ölkə ərazisində yoluxma sayının artmasına görə "Hatayspor” rəhbərliyi matçın ləğvinə qərar verib.
Fanat.Az