"Fənərbağça"nın "Real Madrid"in əfsanəfi futbolçusu Marselonu (Marcelo) transfer etmək istəyi reallaşmayıb.
Fanat.Az "AS" nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi klubdan həftəsinə 130 min funt sterlinq tələb edib. Marselonun yüksək maaş tələbi transferin baş tutmasını gecikdirib.
Mənbə məlumat verir ki, "sambaçı" maaş məsələsində çox tərəddüd edib və olduqca gec cavab verib. "Fənərbağça" rəhbərliyi qış "transfer pəncərəsi"ndə futbolçunu heyətinə qatmaq istəyəcək. Klub hesab edir ki, qışa qədər danışıqlar aparmaq üçün kifayət qədər vaxt olacaq. Hazırda əsas məsələ Marselonun daha az maaşa razı salmaqdır.
Xatırladaq ki, 33 yaşlı futbolçunun "Kral Klubu" ilə hazırki müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Emin Şəmsiyev