"Fənərbağça"nın gizli danışıqlar apardığı məşhur mütəxəssis kimdi? - AÇIQLANDI

"Fənərbağça"nın gizli danışıqlar apardığı məşhur mütəxəssis kimdi? - AÇIQLANDI
Emre Belözoğlu ilə yollarını ayıran "Fənərbağça" baş məşqçi axtarışlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, İstanbul klubunun prezidenti Ali Koçun gizli danışıqlar apardığı mütəxəssisin adı açıqlanıb. Məlum olub ki, klub prezidenti Lusian Favre ilə danışıqlar aparır.
63 yaşlı isveçrəli mütəxəssislə ilk görüş uğurlu olub. Onun "Fənərbağça"ya başçılıq etmək şansı böyükdür.
Qeyd edək ki, Lusian Favre məşqçi karyerası ərzində İsveçrənin "Exallens", "Yverdon Sport", "Servett", "Sürix", Almaniyanın "Herta", "Borussiya" (Münhenqladbax), "Nitsa" və "Borussiya" (Dortmund) klublarını çalışdırıb. O, "Sürix"lə İsveçrə çempionluğunu (2) və kubokunu (1), Dortmund" "Borussiya"sı ilə Almaniya Super Kubokunu qazanıb.
Aydın
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər