“Fənərbağça”nın finaldakı rəqibi bəlli oldu

“Fənərbağça”nın finaldakı rəqibi bəlli oldu

Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Ankaragücü” ilə “Başakşəhər” arasında baş tutub.

Bu komandaların ilk oyununda İstanbul təmsilçisi 1:0 hesabıyla qalib gəlmişdi. Cavab görüşünün əsas vaxtı isə Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Əlavə vaxtda daha bir qol vuran “Başakşəhər” finala yüksəlib.

Beləliklə, finalda iki İstanbul təmsilçisi – “Fənərbaxça” ilə “Başakşəhər” üz-üzə gələcəklər. Həlledici matç iyunun 11-də keçiriləcək.

Türkiyə kuboku Yarımfinalın cavab oyunları 24 may

Fənərbağça – Sivasspor 3:0 Qol: F.Kadıoğlu, 47. Batşuayi, 58. Kinq, 85. İlk oyun – 0:0.

25 may

Ankaragücü – Başakşəhər 2:2 Qol: Sou, 11. Xatsicovanis, 90 – S.Gürler, 61. Keni, 109. İlk oyun – 0:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər