"Fənərbağça"nın braziliyalısı getdi - RƏSMİ

"Fənərbağça"nın braziliyalısı getdi - RƏSMİ

“Fənərbağça”nın futbolçusu Luis Qustavo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Fanat.Az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Əl Nəsr”ə keçib. Braziliyalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qustavo 2019-cu ilin sentyabrında 6 milyon avro qarşılığında "Olimpik Marsel"dən "Fənərbağça”ya transfer olunmuşdu. 

O, 2011-2016-cı illər aralığında dəvət aldığı Braziliya millisində 41 oyuna çıxaraq 2 qol vurub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər