"Fənərbağça"nın baş məşqçisi qovuldu

"Fənərbağça"nın baş məşqçisi qovuldu
"Fənərbağça” klubunun rəhbərliyi baş məşqçisi Erol Bulutla yolları ayırıb.
 
Fanat.Az-ın məlumatına görə, informasiyanı İstanbul təmsilçisinin rəsmi saytı yayıb.
 
Xəbərdə mövsümün əvvəlindən bu komandanı çalışdıran Bulutun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
 
"Fənərbağça”nı mövsümün qalan hissəsində bunadək klubda idman direktoru qismində fəaliyyət göstərən Emre Belözoğlu çalışdıracaq. 
 
Qeyd edək ki, "Fənər” bu mövsüm Superliqada keçirdiyi 30 oyunda 59 xal toplayıb və 3-cü pillədə qərarlaşıb. İstanbul təmsilçisi ehtiyatda bir oyunu olan lider "Beşiktaş”dan 5, ikinci pillədəki "Qalatasaray”dan isə 2 xal geri qalır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər