Hüquqşunas "Fənərbağça"lılar Dərnəyinin üzvləri futbol hakimi Əli Şansalan barədə şikayətlə Ankara Ədliyyəsinə müraciət ediblər.
Fanat.Az xəbər verir ki, mətbuata danışan dərnəyin sözcüsü Əli Alper Alpoğlu daha əvvəl də referidən şikayət etdiklərini bildirib.
Buna səbəb kimi isə Şansalanın "Fənərbağça"nin oyunlarında qərəzli şəkildə olduğu iddia edilən buraxılan səhvlərdir.

Alpoğlu hakim səhvlərinin gələcəkdə digər klubları da çətin vəziyyətə salacağını deyərək, onları da bu vəziyyətə susmağağa çağırıb.
Qeyd edək ki, "Fənərbağça" Super Liqanın 9-cu turunda "Trabzonspor"la qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. Görüşün baş hakimi olan Əli Şansalan "Fənərbağça"nın futbolçusu Kim Min Jaeni meydandan qovub.
Röya