"Fənərbağça" klubu heyətinə yeni futbolçu cəlb edib.
Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
İstanbul təmsilçisi "Kasımpaşa"da çıxış edən Mame Baba Tiamı transfer edib.
28 yaşlı seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mame Baba Tiam 2014 - 2017-ci illərdə müqavilə ilə İtaliya "Yuventus"una məxsus olub. Afrikalı oyunçu əsas komandada debüt edə bilməyib və müxtəlif klublara icarəyə verilib.
Fanat.az