“Fənərbağça”dan “Trabzonspor” üzərində inamlı qələbə

“Fənərbağça”dan “Trabzonspor” üzərində inamlı qələbə

Türkiyə Super Liqasında 34-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə daha bir görüş baş tutub.

“Fənərbağça” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Hazırda 76 xala malik “Qalatasaray” vahid liderdir. 2-3-cü pillələrdəki “Fənərbağça” ilə “Beşiktaş”ın 71 xalı var. “Adana Dəmirspor” 63, “Başakşəhər” 52, “Konyaspor”la “Kayserispor” 49, “Trabzonspor” 48 xal toplayıb.

Türkiyə Super Liqası 34-cü tur 16 may

Sivasspor – Kasımpaşa 1:2 Qol: E.Gökay, 90+7 – Ben Uanes, 66. Fall, 84.

Alanyaspor – Konyaspor 0:3 Qol: Pozuelo, 15; 74. S.Dikmen, 54.

İstanbulspor – Qalatasaray 0:2 Qol: İkardi, 45+11-pen; 89.

17 may

Başakşəhər – Ümraniyəspor 1:1 Qol: Aleksiç, 4 – U.Nayir, 60-pen.

Ankaragücü – Antalyaspor 1:1 Qol: Milson, 90+3 – G.Vural, 68.

Fatih Karagümrük – Adana Dəmirspor 2:3 Qol: E.Özbir, 44-öz qapısına. Diaqne, 80 – Ndiaye, 51. Onyekuru, 76. Dreseviç, 84-öz qapısına.

18 may

Fənərbağça – Trabzonspor 3:1 Qol: Batşuayi, 11. L.Peres, 58. E.Valensiya, 71 – Trezeqe, 79-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər