“Fənərbağça”dan əzmkar qələbə

“Fənərbağça”dan əzmkar qələbə

Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Kayserispor” evdə “Ümraniyəspor”a qalib gəlib. “Fənərbaxça” isə “Fatih Karagümrük”lə səfər matçında əzmkar qələbəyə sevinib.

Hazırda 63 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 57 xalla ikinci, “Beşiktaş” 55 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor”la “Başakşəhər” 45, “Trabzonspor” və “Kayserispor” 44 xal toplayıblar.

Türkiyə Super Liqası 28-ci tur 7 aprel

Konyaspor – Antalyaspor 1:1 Qol: M.Dəmir, 24 – Rayt, 45.

8 aprel

Ankaragücü – İstanbulspor 3:2 Qol: Sou, 10; 53. Diak, 24 – K.Şen, 47. Eyenqa-Lokilo, 55.

Kasımpaşa – Trabzonspor 2:0 Qol: Şuyar, 29. Eysserik, 76.

9 aprel

Sivasspor – Başakşəhər 1:1 Qol: L.Duarte, 37-öz qapısına – P.Şiş, 61.

Beşiktaş – Girəsunspor 3:1 Qol: V.Abubakar, 39; 45+5. Redmond, 54 – R.Bayiç, 21.

10 aprel

Kayserispor – Ümraniyəspor 3:1 Qol: Tiam, 32-pen. Mensah, 54. K.Mane, 90+9 – U.Nayir, 45+1.

Fatih Karagümrük – Fənərbağça 1:2 Qol: Ozdoyev, 24 – Zayç, 51. Salai, 78.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər