"Fənərbağça"da "yarpaq tökümü": 7 futbolçu gedir - SİYAHI

"Fənərbağça"da "yarpaq tökümü": 7 futbolçu gedir - SİYAHI
Bu mövsüm istədiyi nəticələri qazana bilməyən "Fənərbağça" heyətində islahatlara başlayır.
Fanat.Az "NTV Spor"a istinadən xəbər verir ki, artıq komandanı tərk edəcək 7 futbolçunun kimliyi müəyyənləşib. Belə ki, mövsüm başa çatan kimi Marsel Tisseran, Mbvana Samatta, Dieqo Perotti, Papiss Sisse, Maurisio Lemos, Filip Novak və Sadık Çiftpınar yola salınacaq.
Rəhbərlik Samatta, Tisseran, Lemos ve Novakı sataraq gəlir əldə etmək fikrindədi.
Qeyd edək ki, "Fənərbağça" Türkiyə Super Liqasında sona bir tur qalmış 79 xalla 3-cü pillədə qərarlaşıb. Emre Belözoğlunun baş məşqçilik etdiyi komanda "Beşiktaş" və "Qalatasaray"dan iki xal geridədi.
Aydın
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər