"Fənərbağça"da növbəti ayrılıq

"Fənərbağça"da növbəti ayrılıq
"Fənərbağça" daha bir futbolçusu ilə vidalaşıb. 
 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
İstanbul təmsilçisi yarımmüdafiəçisi Tolqay Arslanl yolları ayırıb. 30 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2019-cu ilin yanvarında "Beşiktaş"dan "Fənərbağça"ya keçən Arslan komandanın heyətində 33 oyunda meydana çıxıb, 2 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.

Xatırladaq ki, "Fənərbağça" daha əvvəl Alper Potuk və Mevlüt Erdinclə də vidalaşıb. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər