"Fənərbağça" yeni hücumçu aldı

"Fənərbağça" yeni hücumçu aldı
"Fənərbağça" klubu yeni transferini həyata keçirib. 
 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
İstanbul təmsilçisi İngiltərə "Aston Villa"sından Mbvana Samattanı heyətinə qatıb. 27 yaşlı tanzayalı hücumçu ilə 4 illik müqavilə imzalanıb. 
Samatta 2021-ci ilin yayınadək icarə əsasında "Fənərbağça"da oynayacaq, daha sonra kluba transferi rəsmiləşəcək. Bu keçid qarşılığında "Aston Villa"ya 6 milyon avro ödəniləcək. 
Qeyd edək ki, Mbvana Samatta "Aston Villa"ya bu ilin əvvəlində keçmişdi. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər