"Fənərbağça" yeni baş məşqçi gətirir: Razılıq əldə olunub

"Fənərbağça" yeni baş məşqçi gətirir: Razılıq əldə olunub
Xorvatiya millisinin çalışdırıcısı Zlatko Daliç "Fənərbağça"nın baş məşqçisi ola bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə türkiyəli idman yazarı Sərkan Həmzəoğlu tvitterdə yazıb. 
Onun sözlərinə görə, artıq tərəflər arasında danışıqlar başlayıb. Hətta mütəxəssis ilə klubun prezidenti Əli Koç arasında razılıq olunub. 
Qeyd edək ki, "Fənərbağça" 2020/21 mövsümünü 82 xalla 3-cü pillədə başa vurub. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər