“Fənərbağça” yarımfinala darmadağınla yüksəldi

“Fənərbağça” yarımfinala darmadağınla yüksəldi

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“Fənərbağça” doğma meydanda “Kayserispor”la qarşılaşıb. İstanbul təmsilçisi darmadağınla qalib gələrək yarımfinala yüksəlib.

Daha öncə “Ankaragücü” və “Başakşəhər” də yarımfinala vəsiqə qazanmışdılar. “Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki zəlzələdən sonra bu mövsümün qalan hissəsində oynamaqdan imtina etməsi səbəb olub.

Beləliklə, “Ankaragücü” yarımfinalda “Başakşəhər”lə, “Fənərbağça” isə “Sivasspor”la qarşılaşacaq.

Yarımfinal görüşləri də ev-səfər prinsipi ilə keçiriləcək. Bu mərhələnin oyunları may ayında baş tutacaq.

Türkiyə kuboku 1/4 final 4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1 Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.

5 aprel

Qalatasaray – Başakşəhər 2:3 Qol: K.Ayhan, 20. M.İkardi, 51 – P.Şiş, 12; 66. D.Alekşiç, 30.

6 aprel

Fənərbağça – Kayserispor 4:1 Qol: E.Mor, 8; 42. S.Dursun, 58. A.Güler, 90 – D.Kolovetsios, 18.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər