"Fənərbağça" Türkiyə Kubokundan da əlini üzdü

"Fənərbağça" Türkiyə Kubokundan da əlini üzdü
Türkiyə Kubokunda ilk finalçının adı bəlli olub.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Fənərbağça" "Trabzonspor"u qəbul edib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda da 2:1 hesabı ilə qalib gələn "Trabzonspor" finala yüksəlib.
"Fənərbaxça" - "Trabzonspor - 1:3
Qollar: Turuc, 42 - Sorlot, 6, 83; Novak, 90+5 
"Trabzonspor" finalda  "Alanyaspor” - "Antalyaspor” duelinin qalibi ilə üz-üzə gələcək.
Fanat.Az 
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər