“Fənərbağça” səfərdən çətin qələbə ilə döndü

“Fənərbağça” səfərdən çətin qələbə ilə döndü

Türkiyə Super Liqasında 20-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə daha 2 qarşılaşma baş tutub.

“Ankaragücü” səfərdə “Konyaspor”a, “Fənərbağça” isə “Ümraniyəspor”a qalib gəlib.

Hazırda 45 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 41 xalla ikinci, “Başakşəhər” 37 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”la “Trabzonspor” isə 35 xal toplayıb.

Türkiyə Super Liqası 20-ci tur 20 yanvar

Adana Dəmirspor – Girəsunspor 1:1 Qol: Ndiaye, 84 – Bayiç, 13-pen.

21 yanvar

Kasımpaşa – Başakşəhər 1:3 Qol: Y.Özcan, 16 – Aleksiç, 48. D.Türüc, 90+9. P.Şiş, 90+11.

Qalatasaray – Antalyaspor 2:1 Qol: İkardi, 49. Floranus, 59-öz qapısına – L.Adriano, 54.

22 yanvar

Qaziantep – Sivasspor 1:2 Qol: Eskihellac, 60 – Yatabare, 17. C.Osmanpaşa, 48.

Alanyaspor – Fatih Karagümrük 2:2 Qol: U.Günəş, 6. Kavalyero, 83 – Borini, 59; 79.

Kayserispor – Beşiktaş 0:2 Qol: Redmond, 2. S.Uçan, 42.

Trabzonspor – İstanbulspor 4:0 Qol: Y.Yazıcı, 33. Bartra, 48. Bakasetas, 51. Trezeqe, 64.

23 yanvar

Konyaspor – Ankaragücü 0:1 Qol: G.Zahid, 51.

Ümraniyəspor – Fənərbağça 1:2 Qol: U.Nayir, 78 – Batşuayi, 73. Qlumaç, 89-öz qapısına.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər