“Fənərbağça” səfərdən 3 xalla döndü

“Fənərbağça” səfərdən 3 xalla döndü

Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

“Kasımpaşa” - “Fatih Karagümrük” matçında qalib müəyyənləşməyib. “Ümraniyəspor” evdə “İstanbulspor”a uduzub. “Fənərbağça” isə səfərdə “Qaziantep”ə qalib gəlib.

Hazırda “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 38 xalla ikinci, “Başakşəhər” 34 xalla üçüncüdür. “Adana Dəmirspor”un 33, “Beşiktaş”la “Trabzonspor”un 32 xalı var. 

Türkiyə Super Liqası 19-cu tur 13 yanvar

Kayserispor – Sivasspor 4:1 Qol: M.Hosseini, 23. O.Kemen, 31; 69. G.Sazdaği, 41 – R.Yalçın, 52.

Qalatasaray – Hatayspor 4:0 Qol: K.Aktürkoğlu, 9. X.Mata, 45+4; 45+6. B.Qomis, 76.

14 yanvar

Antalyaspor – Girəsunspor 2:2 Qol: D.Sinik, 4. L.Adriano, 59 – B.Saynts, 40. R.Bayiç, 79.

Adana Dəmirspor – Ankaragücü 3:1 Qol: Y.Sarı, 49. E.Akbaba, 66. G.İnlər, 77 – Radakoviç, 61.

Konyaspor – Beşiktaş 1:2 Qol: M.Günok, 1 – C.Tosun, 67. Jozef, 90+5.

Trabzonspor – Başakşəhər 1:0 Qol: Bakasetas, 21.

15 yanvar

Ümraniyəspor – İstanbulspor 0:2 Qol: Ethemi, 30. M.Kabasakal, 45+4.

Kasımpaşa – Fatih Karagümrük 2:2 Qol: Haderqyonay, 30-pen. Bahoken, 90+10 – Dreşeviç, 51. Borini, 61.

Qaziantep – Fənərbağça 1:2 Qol: Kitsiu, 55 – Valensiya, 8; 90+1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər