"Fənərbağça" rus hücumçu alır

"Fənərbağça" rus hücumçu alır

"Zenit"in futbolçusu Artyom Dzyuba karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az "Takvim"ə istinadən xəbər verir ki, "Fənərbağça" 33 yaşlı rus forvardın xidmətində maraqlıdır.

Mərkəz hücumçu mövqeyində problem yaşayan İstanbul təmsilçisi Dzyubanı xilaskar olaraq düşünür.

Artıq klubun nümayəndələri müqavilənin detallarını müzakirə etmək üçün futbolçu ilə əlaqə saxlayıb. Yaxın günlərdə "Fənərbağça" rəhbərliyi ilə Artyom arasında  görüş baş tutacağı gözlənilir. 

Xatırladaq ki, Dzyubanın "Zenit"lə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər