"Fənərbağça" prezidentindən Özilə: "Alveri burax"  

"Fənərbağça" prezidentindən Özilə: "Alveri burax"  

"Fənərbağça" klubunun prezidenti Ali Koç Vitor Pereyra ilə problem yaşadığı iddia edilən və kriptovalyuta işinə girişən Məsut Özillə bağlı çarpıcı açıqlama ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, klubun televiziya kanalında canlı yayıma qoşulan Koç futbolçuya efir vasitəsi ilə mesaj göndərib:

 "Məsutun artıq ticarət işlərini buraxıb "Fənərbağça"ya köklənməsi lazımdır. Klubu üçün ən yaxşısını necə edə biləcəyini düşünürək çalışmalıdır". 

Qeyd edək ki, ötən mövsümün gedişində İngiltərə "Arsenal"ını "Fənərbağça"ya dəyişən Özil bu mövsüm 9 oyunda meydana çıxaraq 3 qol vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər