“Fənərbağça” onu “Braqa”ya icarəyə verdi

“Fənərbağça” onu “Braqa”ya icarəyə verdi

Türkiyənin “Fənərbağça” klubu yarımmüdafiəçisi Brumanı Portuqaliyanın “Braqa” klubuna icarəyə verib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçunun bu mövsümün sonuna kimi vətənində forma geyinəcəyi açıqlanıb.

Bruma bu mövsümün əvvəlində Niderlandın PSV klubundan icarə əsasında “Fənərbağça”ya gəlmişdi. Lakin bu qış İstanbul təmsilçisi onun transfer hüquqlarını da alıb. Cari mövsümdə bu komandada cəmi 5 matça çıxan Bruma, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər