"Fənərbağça" İtaliya millisinin futbolçusunu transfer edir

"Fənərbağça" İtaliya millisinin futbolçusunu transfer edir

"Kalyarı"nin Braziliya əsilli italiyalı futbolçusu Joao Pedro "Fənərbağça"ya keçəcək.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Bildirilir ki, transfer məbləği 6,5 milyon avro təşkil edən futbolçu ilə klub arasında 3 illik müqavilə imzalanacaq.

Bazar günü klub prezidenti və futbolçunun agenti görüşüb sənədləşmə işlərini yekunlaşdıracaqlar.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi İtaliya millisinin üzvüdür.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər