"Fənərbağça" İngiltərə klubundan yarımmüdafiəçi aldı - RƏSMİ

"Fənərbağça" İngiltərə klubundan yarımmüdafiəçi aldı - RƏSMİ
"Fənərbağça” heyətinə yeni futbolçu qatıb.
 
Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin "Kuinz Park Reyncers” klubunun yarımmüdafiəçisi Brayt Osayi-Samueli transfer edib.
 
Bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı vingerin özü və klubu ilə razılıq əldə olunduğu diqqətə çatdırlıb. Nigeriyalı yarımmüdafiəçi tezliklə İstanbula gəlib tibbi müayinədən keçəcək və 4.5 illik müqaviləyə imza atacaq.
 
Osayi-Samuel 2017-ci ildən "Kuinz Park Reyncers”də çıxış edir. O, daha öncə iki il yetirməsi olduğu "Blekpul”da da forma geyinib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər