“Fənərbağça” Ərsun Yanalla son oyunu da uduzdu - VİDEO

“Fənərbağça” Ərsun Yanalla son oyunu da uduzdu - VİDEO
Türkiyə Kubokunda yarımfinal mərhələsinə start verilib.
Fanat.Az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində bir qarşılaşma keçirilib.
"Trabzonspor” öz meydanında "Fənərbağça”nı qəbul edib. Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb. Fasilədən iki qol vuran meydan sahibləri görüşü qələbə ilə başa vurub. "Fənərbağça” bu toplardan yalnız birinin əvəzini çıxa bilib. İstanbul klubunun baş məşqçisi postundan istefa verən, bu qarşılaşmada sonuncu dəfə komandaya rəhbərlik edən Ərsun Yanal "sarı-lacivərdlilər”dən məğlubiyyətlə ayrılıb. Bu komandalar arasında cavab matçı aprelin 21-də baş tutacaq.
Qeyd edək ki, martın 4-də keçiriləcək digər yarımfinalda "Antalyaspor” öz meydanında "Alanyaspor”la görüşəcək.
Türkiyə kuboku
Yarımfinal
İlk oyun
3 mart
Trabzonspor - Fənərbaxça 2:1
Qollar: Aleksandr Sorlot, 46. Filip Novak, 66 - Vedat Muriqi, 82.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər