"Fənərbağça” heyətinə yeni hücumçu qatıb.
Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına xəbər verir ki, son mövsümü Almaniyanın "Darmştadt” klubunda keçirmiş Serdar Dursun 3+1 illik müqaviləyə qol çəkib.
29 yaşlı almaniyalı hücumçu Türkiyə klubuna azad agent statusu ilə keçib.
Qeyd edək ki, Serdar karyerası ərzində "Hannover, "Əskişəhərspor”, "Şanlıurfaspor”, "Dənizlispor”, "Fatih Karagümrük” və "Qroyter”də də top qovub.
Fanat.Az