"Fənərbağça" klubu "Trabzonspor"u məhkəməyə verib.
Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna Qara dəniz təmsilçisinin evdə "Antalyaspor"la bərabərə qaldığı matçda - Super Liqanın XXXV tur oyununda açdığı pankart səbəb olub.
Pankartda ov tüfənginin hədəfində "Fənərbağça"nın simvolu olan sarı bülbül rəsmi nümayiş etdirilib. İstanbul təmsilçisi "Trabzonspor"un bu təsvirlə 2015-ci ilin 4 aprel tarixində "Fənər"in avtobusuna edilən silahlı hücuma haqq qazandırmağa çalışdığını iddia edib.
Qeyd edək ki, evdə "Antalyaspor"la 2:2 hesablı heç-heçə edən "Trabzonspor" 38 ildən sonra Türkiyə çempionu olub.
Nihat