“Fənərbağça” baş məşqçisiz qaldı

“Fənərbağça” baş məşqçisiz qaldı

“Fənərbağça”nın baş məşqçisi Jorje Jezus İstanbul təmsilçisindən ayrılıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə özü məlumat verib.

O, ötən gecə Türkiyə kubokunun “Başakşəhər”lə final oyunundan (2:0) sonra komandadan getdiyini bəyan edib.

Jezus “Fənərbağça”nı mövsümün əvvəlindən çalışdırırdı. O, bu komandaya 9 il sonra titul qazandırsa da, müddəti bitən müqaviləsini yeniləmək istəməyib və azad agent kimi ayrılıb.

“Sarı bülbüllər” portuqaliyalı çalışdırıcısının rəhbərliyi altında Super Liqada da 80 xalla ikinci yeri tutmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər