"Fənərbağça" baş məşqçisi Erol Bulutu istefaya göndərəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
Xəbərə görə, komandanın qeyri-sabit çıxışından narazı qalan rəhbərlik 46 yaşlı mütəxəssislə yolları ayırmağa hazırlaşır. Bulutun gedişindən sonra komandanın sükanı arxasına keçməyə namizədlər də bəllidir. Bunlar Lüsyen Favr, Yoahim Löv, Zlatko Daliç və Zikodur.
Qeyd edək ki, Erol Bulut cari mövsümün əvvəlində "Fənərbağça"ya baş məşqçi təyin olunub.
Xatırladaq ki, ötən gün Türkiyə Super Liqasının XXXI turunda səfərdə lider "Beşiktaş"la 1:1 hesablı heç-heçə edən "Fənərbağça" rəqibindən 5 xal geri qalır.
Fanat.Az