"Fənərbağça" baş məşqçisi ilə yolları ayırdı

"Fənərbağça" baş məşqçisi ilə yolları ayırdı

Türkiyənin “Fənərbağça” klubu baş məşqçisi Vitor Pereyra ilə vidalaşıb. 

Fanat.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.   Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşən İstanbul təmsilçisi Türkiyə Super Liqasında da 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.   Vitor Pereyra bu ilin iyulundan “Fənərbağça”ya rəhbərlik edirdi. O, daha əvvəl 2015/16 mövsümündə də İstanbul nəhəngini çalışdırmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər