"Barselona"nın futbolçuları - Jan-Kler Todibo və Mussa Vaqe karyeralarını Türkiyədə davam etdirə bilərlər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Fənərbağça" onların xidmətində maraqlıdı. Klub prezidenti Ali Koç "Barselona" rəhbərliyi ilə arasında olan yaxşı əlaqələri işə salaraq Todibo və Vaqenin transferini həll etməyi planlaşdırır.
Todibo 2019-cu ildə "Tuluza"dan transfer edilib. Müdafiəçi 2019/20 mövsümünü icarə əsasında "Şalke"də keçirib.
Vaqe də 2019-cu ildə "Barsa"ya qoşulub. O isə "Nitsa"da icarədə idi.
Fanat.Az