Uruqvayın U-23 yığmasının hücumçusu Dieqo Rossini ABŞ-ın “Los Anceles Qalaksi” klubundan 1 illik icarəyə götürdüyünü açıqlayan “Fənərbağça” daha iki futbolçu ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Köln” klubunun yarımmüdafiəçisi Maks Meyer və Avstriya “Zalsburq”unun hücumçusu Mergim Berişanı heyətinə qatır. Artıq hər iki futbolçu İstanbula gəlib və tibbi müayinələrdən sonra rəsmi müqaviləyə imza atacaqlar. “Köln” ilə müqaviləsinin müddəti bitən Meyer yeni klubuna azad agent kimi keçəcək. 25 yaşlı almaniyalı futbolçu daha öncə “Kristal Pelas” və “Şalke 04” klublarının da fromasını geyinib. O, Almaniya yığmasında da 4 oyun keçirib, 1 qol vurub. Berişa isə peşəkar karyerasına “Liferinq”də başlayıb. O, 2017-ci ildən “Zalsburq”da olsa da, bu müddət ərzində LASK və “Maqdeburq” komandalarında icarədə də oynayıb. Almaniyanın U-21 yığmasında da oynamıış forvard ötən mövsüm “Zalsburq”un heyətində meydana çıxdığı 42 matçda 23 qol vurub.
Nihat