"Fənərbağça" alman futbolçu ilə yollarını ayırdı

"Fənərbağça" alman futbolçu ilə yollarını ayırdı

"Fənərbağça"da ayrılıq yaşanıb. 

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi Maks Meyerlə yollarını ayırıb.

Bu barədə klub açıqlama yayıb. Meyerin müqaviləsi qarşılıqlı razılaşma çərçivəsində ləğv edilib. 

2021-ci ilin yayında "Köln"dən "Fənərbağça"ya transfer olunan 26 yaşlı futbolçu Türkiyə klubunda 12 rəsmi matçda meydana çıxıb və 1 qol vurub. O, ötən mövsümün qış fasiləsində "Midtyulland"a icarəyə verilib.

Maks Meyerin "Fənərbağça" ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulmuşdu. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər