“Fənər” tərəfdarlarının "Putin" şüarı dünya KİV-ində: “İstanbulda qalmaqal”

“Fənər” tərəfdarlarının "Putin" şüarı dünya KİV-ində: “İstanbulda qalmaqal”

Çərşənbə axşamı Kadıköydə "Dinamo Kiyev"ə 1:2 hesabı ilə uduzaraq Çempionlar Liqasından kənarda qalan "Fənərbağça" tərəfdarlarının davranışı dünya mətbuatında sərt təpkiyə səbəb olub.

Fanat.Az xəbər verir ki, Ukrayna təmsilçisinin futbolçuları qolu qeyd edərkən yerli azarkeşlərin bir qismi Rusiya prezidenti Vladimir Putinin adını çəkərək alqışlayıblar.

Ukrayna ilə müharibə əmrini verən rus lideri alqışlaması dünya mətbuatında da yer alıb.

Britaniyanın “Daily Star” tabloidi hadisəni “utancverici” adlandırıb. "Daily Star" sosial mediada bəzi istifadəçilərin "Fənərbağça"nın UEFA yarışlarından uzaqlaşdırılmasını tələb etdiyini bildirib.

Fransanın CNEWS idman kanalı azarkeşlərin alqışlarını “sürreal” adlandırıb. 

Serbiyanın “Republika” xəbər portalı hadisəni “İstanbulda qalmaqal” başlığı ilə manşetə şıxarıb.

Ukraynanın “Kyiv Independent” qəzetinin jurnalisti Oleksiy Sorokin “Fənərbağça" həm meydanda, həm də meydandan kənarda məğlub oldu” yazıb.

İstanbul tribunalarının Putini alqışlayan görüntüləri "Twitter"də milyonlarla insan tərəfindən izlənilib. Rusiya liderinin adını qışqıran tərəfdarlara on minlərlə insan reaksiya verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər