Falkao danışıqlar üçün Romaya yollandı

Falkao danışıqlar üçün Romaya yollandı

"Monako”nun və Kolumbiya millisinin hücumçusu fevralın 25-dən Romadadı.

 

 

Fanat.Az-ın məlumatına görə, futbolçu İtaliya Kubokunun yarımfinalı çərçivəsində bu gün keçiriləcək "Latsio” – "Milan” matçını da canlı izləyəcək.

İtaliya mətbuatı forvardın hər iki klubun nümayəndələri ilə görüşəcəyini və mümkün əməkdaşlığı müzakirə edəcəyini qabardıb.

 

Qeyd edək ki, bu mövsüm "Monako” formasıyla çıxdığı 22 çempionat oyununda 9 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan ön xətt oyunçusu 2020-ci ilin yayına qədər iş yerini dəyişmək istəyir.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər