Essyen "Səbail"də yenə 1,2 milyon manat alacaq? - SON DURUM

Essyen "Səbail"də yenə 1,2 milyon manat alacaq? - SON DURUM
"Səbail” reklam xarakterli transferi Maykl Essyenlə vidalaşmaq niyyətində deyil.
 
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qanalı yarımmüdafiəçi oyunu ilə komandaya kömək edə bilməsə də, Bakı təmsilçisi onunla əməkdaşlığı davam etdirmək niyyətindədi. 
Əslində "futbolu qurtardığı” halda, Azərbaycan təmsilçisində yetərincə yüksək məvacib alan (qazancı olduğundan 3 dəfə az göstərilsə də, qeyri-rəsmi məlumatlara görə illik 1,2 milyon manatdı) afrikalı futbolçu özü də karyerasını bitirmək haqda düşünmür. Sadəcə Bakı təmsilçisinin rəhbərliyi növbəti mövsüm üçün keçmiş günlərinin kölgəsini xatırladan Essyenə bu pulu vermək niyyətində deyil. 
Bu isə o deməkdi ki, ya 37 yaşlı oyunçu maaşının yarısından keçəcək, ya da Bakı komandası ilə vidalaşacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər