Əşrəf Hakimi "İnter"ə qayıdır? - Agenti açıqladı

Əşrəf Hakimi "İnter"ə qayıdır? - Agenti açıqladı

PSJ-nin müdafiəçisi Əşraf Hakiminin agenti Alexandro Kamano müştərisinin Milan "İnter"inə qayıdacağı ilə bağlı yayılan informasiyaları şərh edib.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:

"Əşraf PSJ-nin futbolçusudur. Onun Fransa təmsilçisi ilə hələ 3 illik müqaviləsi var. Milana qayıdırmı? İş onun nə istədiyində deyil. Reallıq budur ki, Hakimi müqavilə ilə PSJ-yə məxsusdur. O, "İnter"i sevir və Milanda xoşbəxt idi. Ancaq bugünkü reallıq belədir".

Qeyd edək ki, 24 yaşlı Hakimi son mövsümdə PSJ forması ilə 39 matça çıxaraq 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər