Erməni "Beşiktaş"ın prezidenti olmaq istəyir

Erməni "Beşiktaş"ın prezidenti olmaq istəyir
Erməni əsilli Türkiyə vətəndaşı "Beşiktaş"ın prezidenti olmaq istəyir.
Fanat.Az xəbər verir ki, klubun "Çarşı" azarkeş qrupunun keçmiş lideri Alen Markaryan İstanbul prezidentinə rəhbərlik etmək iddiasını ortaya qoyub.
Bu barədə o, "Hat-Trick" proqramında açıqlama verib: "Gələcəkdə "Beşiktaş"ın prezidenti olmaq istəyirəm. Bunu kim istəməz ki? "Beşiktaş"a illərlə tribunada xidmət etdik. İstanbulda və səfərdə heç bir zaman komandamızı yalnız qoymadıq. İndi tribunada deyiləm. Prezidentliyə gəlincə, hazırkı İdarə Heyətində yer almaram. Amma gələcəkdə idarəçi və ya prezident olaraq "Beşiktaş"a xidmət etmək istəyirəm". 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər