Eriksson Azərbaycanda çalışmış mütəxəssisi ölümdən qurtarıb: "Məni də güllələyəcəkdilər"

Eriksson Azərbaycanda çalışmış mütəxəssisi ölümdən qurtarıb: "Məni də güllələyəcəkdilər"

Rusiya millisinin sabiq hücumçusu Sergey Yuran isveçli baş məşqçi Sven-Yoran Erikssonun özü də bilmədən onun həyatını necə xilas etdiyini danışıb.

Fanat.Az xəbər verir ki, 1991-1992-ci illərdə "Benfika"da Erikssonun rəhbərliyi altında çıxış edən Yuran ötən gün dünyasını dəyişən sabiq çalışdırıcısı ilə bağlı xatirəsini "Championat"-a danışıb: 

"Benfika"da çıxış edərkən bir dəfə bizə iki-üç gün istirahət verdilər. Fürsətdən yararlanıb evə - Moskvaya uçmaq istədim. Uşaqlarla danışmışdım. Amma məşqçi məni buraxmadı. Qarşıda bizi “Portu” və “Sportinq”lə ciddi matçlar gözləyirdi. Eriksson dedi ki, indi Moskvaya getmək, əylənmək vaxtı deyil. Sonra bildim ki, həmin gün olmalı olduğum hamamda tanıdığım oğlanları güllələyiblər. Hər dəfə gedəndə onlar məni qarşılayıb hamama, sonra da restorana apöarırdılar. Onlar cinayətkar qrupa qoşulmuşdular. Təsəvvür edirsiz, mən də orada ola bilərdim. Beləliklə Eriksson mənim qoruyucu mələyim oldu. Hadisəni eşidəndən sonra Erikssona baxıb dedib: “Cənab, məni Moskvaya buraxmadığınız üçün təşəkkür edirəm”. Amma o, mənə əhəmiyyət vermədi. Detalları danışmadım. Bu kabusu ona desəydim, heç vaxt məni Moskvaya buraxmazdı". 

Qeyd edək ki, Sven-Yoran Eriksson bazar ertəsi, avqustun 26-da 76 yaşında mədəaltı vəzi xərçəngindən vəfat edib. Yuran vaxtilə Zaqatalanın "Simurq" klubunu çalışdırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər