Ərəblər "Roma"nın braziliyalısını da aparır

Ərəblər "Roma"nın braziliyalısını da aparır

Avropada çıxış edən daha bir futbolçu Səudiyyə Ərəbistanına yollanmağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb. 

Xəbərə görə, "Roma"nın müdafiəçisi Rojer İbanyes"Əl-Əhli"yə keçmək üzrədir. Mənbə artıq tərəflərin razılıq əldə etdiyini və müqavilənin bütün detallarının hazır olduğunu vurğulayıb. 23 yaşlı braziliyalının transferinin yaxın vaxtlarda açıqlanacağı bildirilib.

Qeyd edək ki, İbanyes ötən mövsüm A Seriyasında 33 matça çıxaraq 3 qol vurub.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər