Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Simurq" "Qəbələ"ni qəbul edib. Hesabı 24-cü dəqiqədə Draqan Çeran açıb. İlk yarının əlavə vaxtında "Qəbələ"nin yeni qapıçısı Dmitri Bezotosnı meydandan qovulub. Təyin olunan penaltini dəqiq yerinə yetirən Çeran fərqi artırıb. "Simurq" ikinci yarıda azlıqda qalmış rəqibinə qol vura bilməyib və 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək. "Neftçi" "Xəzər Lənkəran"ı, AZAL "Qarabağ"ı, "Bakı" "Sumqayıt"ı sınağa çəkəcək. "İnter" isə bu turda istirahət edəcək.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXI tur
10 fevral
Simurq - Qəbələ 2:0
Qollar: Draqan Çeran, 24; 45+2-pen.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto (3. Adam Banaş, 5), 6. Samir Zərgərov, 7. Elnur Abdullayev (14. Vüqar Mustafayev, 77), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran (22. Cihan Özkara, 69), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 15. Stepan Polyak.
Baş məşqçi: Georgi Çixradze.
Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi (90. Ekiqo Ehiosun, 61), 14. Cavid Hüseynov (10. Dodo, 46), 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin (30. Anar Nəzirov, 45+2), 19. Aleksey Qay, 32. Mixail Sivakov, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 5. Sadiq Quliyev, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: İdan Vaytsman, 14 (qeyri-idman hərəkəti). Tural Axundov, 42 (qeyri-idman hərəkəti). İlkin Qırtımov, 65 (hakimin qərarına etiraz). Vüqar Mustafayev, 84 (oyunun bərpasını gecikdirdiyinə görə) - Viktor Mendi, 14 (hakim qərarına etiraz). Rafael Santos, 55 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Dmitri Bezotosnı, 45+1 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə).
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | İnter | 18 | 11 | 3 | 4 | 45:22 | 36 | |
| 2 | Simurq | 19 | 11 | 2 | 6 | 42:20 | 35 | |
| 3 | Qəbələ | 19 | 10 | 4 | 5 | 30:26 | 34 | |
| 4 | Xəzər L | 19 | 10 | 2 | 7 | 27:32 | 32 | |
| 5 | Qarabağ | 18 | 8 | 1 | 9 | 29:29 | 25 | |
| 6 | AZAL | 18 | 6 | 6 | 6 | 21:24 | 24 | |
| 7 | Neftçi | 18 | 6 | 4 | 8 | 24:30 | 22 | |
| 8 | Bakı | 19 | 5 | 2 | 12 | 30:36 | 17 | |
| 9 | Sumqayıt | 18 | 2 | 4 | 12 | 19:48 | 10 | |
|
Bombardirlər | Oruc Balaşlı (Simurq) - 13. Raul Yaqubzadə (Bakı) - 11. Cavid Muxtarzadə (Neftçi), Mirsahib Abbasov (İnter) - 9. Fuad Məmmədzadə (Qarabağ) - 8. | |||||||
Fanat.az