Bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Fanat.az xəbər verir ki, son 3 turdan fərqli olaraq bu dəfə oyunlar eyni gündə yox, iki fərqli gündə keçiriləcək. İlk oyun günündə 2 matç baş tutub.
Tura "Qarabağ" - AZAL oyunu ilə start verilib. Hesabı 30-cu dəqiqədə İlqar Qurbanov açıb. Az sonra qırmızı vərəqə alan qapıçı Ruslan Məcidov AZAL-ı azlıqda qoyub. Bu azmış kimi 57-cı dəqiqədə Eltun Yaqublu avtoqola imza ataraq "Qarabağ"ı sevindirib. 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Rəşad Abdullayev matçın yekun nəticəsini müəyyənləşdirib - 2:1.
Günün ikinci oyununda iki əyalət klubu - "Qəbələ" və "Simurq" qarşılaşıb. Oyuna fəal başlayan "Simurq" 7-ci dəqiqədə Marko Stanoyeviçin qoluna sevinib. 40-cı dəqiqədə Ekiqo Ehiosun bərabərliyi təmin edib. 79-83-cü dəqiqələrdə dubl edən Draqan Çeran "Simurq"u sevindirib. 90+2-ci dəqiqədə "Qəbələ"nin yeni transferi fərqi azaltsa da, meydan sahiblərinin bundan artığına gücü çatmayıb. 3:2 hesablı qələbə qazanan "Simurq" ardıcıl iki turda iddialı rəqiblərini yenib. Zaqatala klubu ötən tur "Neftçi"ni məğlub etmişdi - 1:0.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. "Xəzər Lənəran" "Neftçi"ni, "Sumqayıt" "Bakı"nı qəbul edəcək. "Araz Naxçıvan" çempionatı tərk etdiyindən bu turda "İnter" istirahət etməli olacaq.
Premyer Liqa
2014/15 mövsümü
I dövrə, XIII tur
23 noyabr
Qarabağ - AZAL 2:1
Qollar: İlqar Qurbanov, 30. Eltun Yaqublu, 57 (avtoqol) - Rəşad Abdullayev, 61-pen.
Qarabağ: 13. İbrahim Şehiç, 7. Namiq Yusifov (k), 8. İnnosent Emeqara, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (2. Qara Qarayev, 61), 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc (99. Namiq Ələsgərov, 61), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (10. Muarem Muarem, 69).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 5. Kərim Diniyev (30. Seymur Əsədov, 84), 6. Eduardo Makiel (3. Xuan Fransisko, 89), 10. Tomi Kostadinov (16. Stanislav Namaşko, 34), 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Freddi Mombonqo, 22. Eltun Yaqublu, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 21. Novruz Məmmədov, 9. Aydın Qasımov, 7. Təmkin Xəlilzadə, 18. Orxan Lalayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Admir Teli, 24 (qeyri-idman hərəkəti) - Eduardo Makiel, 53 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Ruslan Məcidov, 31 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə).
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Tofiq Bəhramov adına Respublika stadionu. 400 tamaşaçı.
Qəbələ - Simurq 2:3
Qollar: Ekiqo Ehiosun, 40. Bəxtiyar Soltanov, 90+2 - Marko Stanoyeviç, 7. Draqan Çeran, 79; 83.
Qəbələ: 1. Kamran Ağayev (k), 8. Markuinyos (27. Bəxtiyar Soltanov, 79), 10. Dodo, 11. Andrey Kristea (21. Yazalde Pinto, 58), 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 44. Rafael Santos, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun (4. Elvin Camalov, 68).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 26. Pavol Farkaş, 99. Tellur Mütəllimov.
Baş məşqçi: Dorinel Muntyanu.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (13. Ali Gökdemir, 65), 11. Draqan Çeran (9. Lukas Tresnak, 90+1), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç (15. Stepan Polyak, 84).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: George Çixradze.
Sarı vərəqələr: Ruslan Tağızadə, 22 (qeyri-idman hərəkəti). Adrian Ropotan, 53 (qeyri-idman hərəkəti) - Draqan Çeran, 57 (qeyri-idman hərəkəti). İlkin Qırtımov, 65 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu. 1000 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 11 | 7 | 3 | 1 | 20-11 | 24 | |
| 2 | Neftçi | 10 | 6 | 2 | 2 | 13-6 | 20 | |
| 3 | İnter | 11 | 4 | 6 | 1 | 20-4 | 18 | |
| 4 | Simurq | 12 | 5 | 2 | 5 | 16-14 | 17 | |
| 5 | Xəzər Lənkəran | 11 | 4 | 2 | 5 | 14-14 | 14 | |
| 6 | Qəbələ | 11 | 3 | 4 | 4 | 15-18 | 13 | |
| 7 | AZAL | 11 | 2 | 4 | 5 | 11-20 | 10 | |
| 8 | Sumqayıt | 10 | 3 | 1 | 6 | 11-16 | 10 | |
| 9 | Bakı | 11 | 2 | 2 | 7 | 9-26 | 8 | |
|
Bombardirlər | Mikel Alvaro (İnter) - 7. Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt) - 5. İnnosent Emeqara (Qarabağ), Cavid Heseynov (Qəbələ), Draqan Çeran (Simurq) - 4. | |||||||
Fanat.az