2013/14 mövsümünün startı "İnter"in tarixində ən uğursuz dönəm olub. Fanat.az xəbər verir ki, ilk 6 matçda qazanılan 3 xal ötənilkindən 5 xal azdı.
"İnter" ilk 6 matçda ən yaxşı nəticəni 2005/06 mövsümündə göstərib. Həmin vaxt komanda 6 oyunda 14 xal toplayıb.
Bu mövsüm "bankirlər" 6 matçda 11 qol vurub ki, bu da klub tarixində məhsuldarlığa görə ikinci ən yaxşı göstəricidi. Yalnız bir dəfə "ağ-göylər" bundan daha çox qol vura bilib. Belə ki, "İnter" 2005/06 mövsümünün 6 turunda 12 qola imza atmışdı.
Cari "futbol ili"ndə 6 matçda da buraxılmış qolların sayına görə isə "İnter" antirekord reallaşdırıb - 13 top. Bundan öncə buraxılmış qollar sırasında ən pis göstərici 2005/06 mövsümünə təsadüf edir. Həmin mövsümün ilk 6 qarşılaşmasında "İnter" 7 qol "yemişdi".
| Mövsüm | O | Q | H | M | T | X |
| 2004/05 | 6 | 2 | 3 | 1 | 5-3 | 9 |
| 2005/06 | 6 | 4 | 2 | 0 | 12-7 | 14 |
| 2006/07 | 6 | 3 | 2 | 1 | 10-1 | 11 |
| 2007/08 | 6 | 2 | 3 | 1 | 6-2 | 9 |
| 2008/09 | 6 | 3 | 3 | 0 | 10-2 | 12 |
| 2009/10 | 6 | 4 | 1 | 1 | 7-5 | 13 |
| 2010/11 | 6 | 4 | 1 | 1 | 6-2 | 13 |
| 2011/12 | 6 | 3 | 1 | 2 | 5-5 | 10 |
| 2012/13 | 6 | 2 | 2 | 2 | 5-4 | 8 |
| 2013/14 | 6 | 1 | 0 | 5 | 11-13 | 3 |
inter.az