"Fənərbağça" Türkiyə millisinin yarımmüdafiəçisi Emre Morun keçidini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı İstanbul təmsilçisinin mətbuat xidməti yayıb.
Bu gün Morla 3 illik müqavilə imzalanıb. Lakin sözləşmənin digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Emre Morun son klubu “Fatih Karagümrük” olub.
