"Fənərbağça" klubu Emre Morun transferini gerçəkləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun son mövsümdə formasını geyindiyi "Fatih Karagümrük"ün prezidenti Süleyman Hurma açıqlama verib.
Klub prezidenti istanbullularla razılığa gəldiklərini bildirib.
Daha əvvəl “Qalatasaray” forması da geyinən 24 yaşlı futbolçu bu mövsüm "Fatih Karagümrük"ün heyətində Super Liqada 26 oyun keçirib. O, bu oyunlarda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Türkiyə kubokunda isə 3 oyun keçirən 24 yaşlı ulduz 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Mirağa