Emre Belözoğlu "Fənərbağça" ilə yolları ayırdı

Emre Belözoğlu "Fənərbağça" ilə yolları ayırdı
"Fənərbağça” klubu baş məşqçisi, eyni zamanda idman direktoru kimi fəaliyyət göstərən Emre Belözoğlu ilə vidalaşıb. 
Fanat.Az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Klub gənc mütəxəssisə xidmətlərinə görə təşəkkür edib. Belözoğlu da "Fənərbağça” üçün vida mesajı paylaşıb. O, klub prezidenti də daxil olmaqla komandanın azarkeşlərinə qədər hər kəsə dəstəyə görə minnətdarlıq edib.
 
Xatırladaq ki, bu ilin mart ayında klub rəhbərliyi baş məşqçi Erol Bulutu istefaya göndərəndən sonra komanda Belözoğluna tapşırılmışdı. İdman direktoru kimi fəaliyyət göstərən Emre bu vəzifəsindən də ayrılıb.
 
"Fənərbağça” Superliqada son mövsümü 3-cü pillədə bitirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər