2020-ci ildə UEFA Çempionlar Liqasının final oyununun keçiriləcəyi stadion müəyyənləşib.
Fanat.Az xəbər verir ki, UEFA final matçının Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Olimpiya Stadionunda keçirilməsinə qərar verib.
Bu arena səsvermədə Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj" stadionunu üstələyib.
Qeyd edək ki, 2005-ci ildə qitənin ən nüfuzlu klub turnirinin finalında İngiltərə təmsilçisi "Liverpul”un İtaliya "Milan”ını məğlub etdiyi oyun da bu arenada baş tutub.
Fanat.Az