ÇL-də ingilis finalı: "Tottenhem"dən inanılmaz geri dönüş

ÇL-də ingilis finalı: "Tottenhem"dən inanılmaz geri dönüş
Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab matçında "Ayaxs" Hollandiyada "Tottenhem"i qəbul edib. 
İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan London təmsilçisi möhtəşəm geri dönüşlə futbolsevərlərin ürəyinə yol tapıb. Fasiləyə qədər 2 qol "yeyən" qonaqlar 2-ci hissədə 3 top vuraraq istəyinə çatıb. Lukas Moura 90+6-cı dəqiqədə het-trikini rəsmiləşdirərək amsterdamlılara şox yaşadıb. Tarixində ilk dəfə ÇL-də final oynayacaq "Tottenhem" həlledici matçda "Liverpul"la qarşılaşacaq.
Çempionlar Liqası
Yarımfinal
Cavab oyunu
8 may 
Ayaks (Hollandiya) - Tottenhem (İngiltərə) 2:3
Qollar: Mattiys de Ligt, 5; Hakim Ziyeç, 36 - Lukas Moura, 55; 59; 90+6
Baş hakim: Feliks Brıx (Almaniya).
Amsterdam. "Yohan Kruyff Arena". 
İlk oyun: 1:0
 

"Ayaks”: 24. Andre Onana, 4. Mattiys de Ligt, 6. Van de Biik, 7. David Neres, 10. Tadiç, 12. Mazraoui, 17. Deyli Blind, 20. Şöne, 21. Frenk de Yonq, 22. Hakim Ziyeç, 31. Talyafiko

"Tottenhem”: 1. Hüqo Llyoris, 2. Kierian Trippyer, 3. Derrik Rouz, 4. Tobi Alderveyrled, 5. Yan Vertongen, 7. Son Hun Min, 12. Vanyama, 17. Sissoko, 20. Delle Alli, 23. Kristian Eriksen, 27. Lukas Moura

 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər