"Çempionlar Liqasına layiq deyilik" - "Barselona"nın yarımmüdafiəçisi

"Çempionlar Liqasına layiq deyilik" - "Barselona"nın yarımmüdafiəçisi

"Barselona"nın yarımmüdafiəçisi Pedri "Bayern Münhen"ə məğlub (0:3) olduqları oyundan sonra fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, o, jurnalist Ramon Santosa açıqlamasında Çempionlar Liqasının pley-off mərhələsindən kənarda qalmalarına görə özlərini günahkar saydıqlarını deyib:   “Kədərliyik, özümüzü günahkar hiss edirik. Hazırda Çempionlar Liqasında oynamağa layiq deyilik. Bu, "Barselona" üçün uğursuzluqdur, klubumuz həmişə qrup mərhələsini adlamalıdır. Faktdır ki, Çempionlar Liqasında uğurlu çıxış etmək üçün kifayət qədər yaxşı oyun göstərmirik”.

Qeyd edək ki, "Barselona" ötən axşam evdə "Bayern Münhen"ə uduzaraq qrupda 3-cü yeri tutub. Kataloniyalılar mübarizəni Avropa Liqasında davam etdirəcəklər.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər