Çempionlar Liqası və Avropa Liqasında pley-off mərhələsinin cütləri bəlli oldu - YENİLƏNİB

Çempionlar Liqası və Avropa Liqasında pley-off mərhələsinin cütləri bəlli oldu - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada  Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəlli olub.

Ağdam təmsilçisi  III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Çempionlar Liqası

Pley-off mərhələsi Çempionlar Yolu

“Budyo Qlimt” (Norveç)/“Jalgiris” (Litva) cütünün qalibi - “Lüdoqorets” (Bolqarıstan)/“Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi “Kopenhagen” (Damimarka) - “Trabzonspor” (Türkiyə)

“Ferensvaroş” (Macarıstan)/“Qarabağ” (Azərbaycan) cütünün qalibi - “Şerif” (Moldova)/“Viktoriya” (Çexiya) cütünün qalibi “Makkabi” (Hayfa, İsrail)/“Apollon” (Kipr) cütünün qalibi - “Srvena Zvezda” (Serbiya)/“Pünik” (Ermənistan) cütünün qalibi Liqa yolu

“Şturm” (Avstriya)/“Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi - “Benfika” (Portuqaliya)/"Midtüllann" (Danimarka) cütünün qalibi "Yunion" (Belçika)/“Reyncers” (Şotlandiya) cütünün qalibi - “Monako” (Fransa)/PSV (Niderland) cütünün qalibi

Bu gün həmçinin, UEFA Avropa Liqasında da pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Qeyd edək ki, "Qarabağ" Macarıstan çempionuna iki oyunun yekununda məğlub olacağı halda, yoluna Avropa Liqasında davam edəcək. ÇL-lə vidalaşacağı halda, "köhlən atlar" AL-in pley-offunda "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası

Pley-off mərhələsi

"Gent" (Belçika) - "Omoniya" (Kipr)

"Austriya" (Avstriya) - "Fənərbağça" (Türkiyə)/"Slovaçko" (Slovakiya) cütünün qalibi

"Linfild" (Şimali İrlandiya)/"Sürix" (İsveçrə) cütünün qalibi - "Harts" (Şotlandiya)

"Malmö" (İsveç)/"Düdelanj" (Lüksemburq) cütünün qalibi - "Sivasspor" (Türkiyə)

"Dnepr-1" (Ukrayna) - AEK (Kipr)/"Partizan" (Serbiya) cütünün qalibi

"Maribor" (Sloveniya)/HİK (Finlandiya) cütünün qalibi - "Silkeborq" (Danimarka)

"Lüdoqorets" (Bolqarıstan)/"Dinamo" (Zaqreb, Xorvatiya) cütünün məğlubu - "Budyo Qlimt" (Norveç)/"Jalgiris" (Litva) cütünün məğlubu

"Srvena Zvezda" (Serbiya)/"Pünik" (Ermənistan) cütünün məğlubu - "Şerif" (Moldova)/"Viktoriya" (Çexiya) cütünün məğlubu

"Makkabi" (Hayfa, İsrail)/"Apollon" (Kipr) cütünün məğlubu - "Olimpiakos" (Yunanıstan)/"Slovan" (Slovakiya) cütünün qalibi

"Ferentsvaroş" (Macarıstan)/"Qarabağ" (Azərbaycan) cütünün məğlubu - "Şemrok Rovers" (İrlandiya)/"Şkupi" (Şimali Makedoniya) cütünün qalibi Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər