Çempionlar Liqası İTV-də

Çempionlar Liqası İTV-də

UEFA Çempionlar Liqasının 1/8 və 1/4 final oyunları "İctimai" TV-də yayımlanacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə kanal sosial şəbəkə hesabında məlumat yayıb.

Bununla bağlı "Saran Media" və ölkə ərazisində turnirin əsas yayımçısı "CBC Sport" telekanalı ilə razılaşma əldə edilib. 

Bu mərhələlərdə paralel keçirilən və "CBC Sport"da yayımlanmayan görüşlər İTV-də canlı yayımda təqdim olunacaq. Sözügedən kanal ümumilikdə bu mərhələnin 11 görüşünü ekranlara daşıyacaq. Beləliklə, futbol həvəskarları bu gecə saat 00:00-da keçiriləcək "Milan" - "Tottenhem" qarşılaşmasını İTV-də izləyə biləcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər